Biləsuvarda mikroavtobus qəzaya düşdü: Ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 13-03-2021, 08:43 Oxunub: 374


Bölməyə aid digər xəbərlər