Dəfn mərasimində atışma: 14 yaralı - VİDEO

Dəfn mərasimi zamanı yaxınlıqdan keçən avtomobildən açılan atəş nəticəsində 14 nəfər yaralanıb.
“GlobalNews”un məlumatına görə, hadisə ABŞ-ın Çikaqo şəhərində yaşanıb.
Yerli polis əməkdaşının verdiyi informasiyaya əsasən, naməlum şəxslər avtomobildən dəfn mərasiminin iştirakçılarını gülləbaran ediblər. Tədbir üzvləri də onlara cavab atəşi açıb.
Nəticədə, canilərin olduğu avtomobil qəzaya uğrayıb. Bununla belə, onlar hadisə yerindən qaça biliblər.
Yaralılardan bəzilərinin vəziyyəti kritik qiymətləndirilir.
Hücum edənlərin hərəkətinin motivi hələlik məlum deyil.
Polis bir şübhəlini saxlayıb.
[video=]


Tarix: 22-07-2020, 10:36 Oxunub: 412


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031