Təqaüdçü avtomobili etirazçıların üstünə sürdü: Yaralılardan ikisinin vəziyyəti ağırdır

Yunanıstanın Lesbos adasında təqaüdçü maşını etirazçıların üstünə sürüb.
“RİA Novosti” xəbər verir ki, nəticədə, altı nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinın ağır olduğu bildirilir.
Polis qəzanın qəsdən törədilməsi versiyasını rədd edir. Sürücünün vəziyyəti barədə hələlik məlumat verilməyib. Zərərçəkənlər Mutilini limanında mitinqə toplaşan sakinlər olub.
Adada yanğınların bölgədə məskunlaşmış miqrantlar tərəfindən törədilməsi barədə söz-söhbət gəzir. Fəallar asayiş keşikçilərinin təhlükəsizliyi təmin edə bilmədikləri halda nəzarəti öz əllərinə alacaqları ilə hədələyirlər.


Tarix: 22-07-2020, 11:25 Oxunub: 424


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031