Bakıda motosiklet maşına çırpılıb: Ölən var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunun ərazisində, Bakı Dairəvi Yolunda qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet “Renault” markalı avtomobilə çırpılıb.
Nəticədə, minik avtomobilində olan sürücü və sərnişin xəsarət alıb. Motosikletin sürücüsü isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 21-07-2020, 17:04 Oxunub: 1 125


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031