Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb - FOTO

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.
Hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, dövlət qeydiyyat nişanı olmayan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.
Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.
Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Tarix: 18-08-2022, 06:26 Oxunub: 411


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031