Qazaxda minik maşını at arabası ilə toqquşdu: Xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. 
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. 
Hərəkətə olan “VAZ” markalı minik maşını at arabası ilə toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Mahir Kosayev və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. 


Tarix: 20-07-2020, 23:06 Oxunub: 1 083


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031