Gədəbəydə ata oğlanlarını bıçaqladı

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb.
Əldə olunan məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.
Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.


Tarix: 5-02-2023, 20:50 Oxunub: 305


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930