09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
"Nə yaxşılar, nə də yaxşı əməllər ölər..." - SƏBİNƏ YUSİF
Hər insanın doğum günü olduğu kimi, hər yazının da doğum tarixi var. Bu yazını aylar öncə yazmalı idim. Yazdım, sildim. Yazdım, saxladım. Nədənsə alınmadı bitirmək. Yəqin, qismət bu günə imiş.
Əzizlərim, indi sizə o məktəbin necə tikilməsindən yazacam. Babam Yusif müəllim (tanıyanlar bilir) savadlı, insanpərvər, böyük ürək sahibi olan bir müəllim olub. Qazax rayonunda, Kosalar kəndində böyük hörmətə sahib insan olub. O vaxtlar üç kənd - Canallı, Əzizbəyli (indiki Hüseynbəyli) və Kosalar kəndinin şagirdləri elə Kosalar kəndində təhsil alırdılar. Məktəb kollektivi yer sıxlığından əziyyət çəkirdi. Bu səbəbdən babam Yusif müəllim Dövlət Plan Komitəsinə məktubla müraciət edir. İkinci Şıxlı kəndində dünyaya göz açan Kamal Qurbanov o vaxtlar Dövlət Plan Komitəsində şöbə müdiri vəzifəsində çalışırdı.
Bölməyə aid digər xəbərlər
Hər insanın doğum günü olduğu kimi, hər yazının da doğum tarixi var. Bu yazını aylar öncə yazmalı idim. Yazdım, sildim. Yazdım, saxladım. Nədənsə alınmadı bitirmək. Yəqin, qismət bu günə imiş. Bu gün adi günlərdən deyil. Torpağın qoynuna ziyalı bir Vətən oğlunun köç etdiyi gündür. Bu günün taleyində Taleh müəllimin dünyadan köç etməsi də var imiş. 29 il Qazax rayon Kosalar kənd tam orta məktəbinə rəhbərlik etmiş Taleh müəllim onu tanıyanların qəlbində daim yaşayacaq.
İndi isə gəlim yazının əvvəlində yazdığım cümlələrə. Bu yazını sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Qazax rayon Kosalar kənd tam orta məktəbində ucaldılmış büstünün açılışı ilə əlaqədar yazacaqdım. Ancaq bu günə qismət imiş.
Hava insanın ruhunu oxşayır, əhvalını gözəlləşdirirdi. Kosalar kəndində bayram əhval-ruhiyyəsi vardı. Bakıdan gələn ziyalıları bizim kənddə salamlamaq hər birimizə xoş idi. Rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, bir sözlə hamı bir-biri ilə görüşür, sevinc-sevincə qarışmışdı. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşovun da iştirakı ilə büstün açılışı oldu. Elçin Şıxlı o anda sanki atasına hesabat verirdi: "Ata, sənin vəsiyyətinə hər an əməl edirəm!"
Qonaqlar məktəbin həyətində səliqə ilə düzülmüş stullarda əyləşdilər. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal aparırdı.
Bakıdan "Qazax Xeyriyyə İctimai Birliyi" İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun tapşırığına əsasən İctimai Birliyin sayılıb-seçilən ziyalıları tədbirdə iştirak etmək üçün Kosalar kəndinə gəlmişdilər.
Orada iştirak edən insanlardan biri də mən idim. Günəş göydən bərq vurur, külək insanların telinə sığal çəkirdi. O gün hava da özəl idi. Xəfif əsən külək elə bil Şıxlı ağalarının keşməkeşli, şərəfli həyatını xatırladır, arabir də Kür nəhrinin səsini duyururdu.
Elə ab-hava yaranmışdı ki, İkinci Şıxlı kəndində ruslar tərəfindən dağıdılmış, viranə qoyulmuş, el arasında "Ağalıq Yurdu" kimi tanınan o yerləri xatırlamamaq mümkün deyildi. Böyük, həm də ağrılı tarixi özündə əks etdirən "Ölən Dünyam" romanın epiloqu beynimdə dolanırdı. Şıxlı mənim aldığım nəfəsdir. Şıxlı mənim qürur mənbəyimdir. İsmayıl Şıxlının əzəmətli büstünün Kosalar kəndində ucaldılması hər birimizin illərdir gözlədiyimiz dəyərli bir addım idi. Həmçinin böyük, geniş məktəbimizin əsaslı təmiri də bizim ən böyük arzumuz olub. Bu arzunu reallaşdırdığı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.
Əzizlərim, indi sizə o məktəbin necə tikilməsindən yazacam. Babam Yusif müəllim (tanıyanlar bilir) savadlı, insanpərvər, böyük ürək sahibi olan bir müəllim olub. Qazax rayonunda, Kosalar kəndində böyük hörmətə sahib insan olub. O vaxtlar üç kənd - Canallı, Əzizbəyli (indiki Hüseynbəyli) və Kosalar kəndinin şagirdləri elə Kosalar kəndində təhsil alırdılar. Məktəb kollektivi yer sıxlığından əziyyət çəkirdi. Bu səbəbdən babam Yusif müəllim Dövlət Plan Komitəsinə məktubla müraciət edir. İkinci Şıxlı kəndində dünyaya göz açan Kamal Qurbanov o vaxtlar Dövlət Plan Komitəsində şöbə müdiri vəzifəsində çalışırdı. Atam danışır: "Baban bir məktub göndərdi Dövlət Plan Komitəsinə, eyni zamanda Kamal müəllimlə danışdı telefonla. Həmin məktubun surətini mənimlə Bakıya göndərdi. Mən o məktubu Kamal müəllimə təqdim etdim. Kamal müəllim atamla danışdı, dedi, “Yusif, narahat olma, yaxın vaxtlarda Kosalar kəndində böyük bir məktəb tikiləcək. Elə məktub yazmısan ki, sənin bu müqəddəs arzun mütləq həyata keçəcək”.
Babam müharibə veteranı idi. Sinəsini orden-medallar bəzəyirdi. Babam həm də savadlı Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ömrünün çox hissəsini Kosalar kəndində yaşadı. Düz 36 il dərs dedi. Bütün dünyasını dəyişənlərə rəhmət, babamın başlatdığı işi Taleh müəllim davam etdirəcəkmiş, sən demə.
1986-cı ildə babam dünyasını dəyişir. Rəhmətlik Taleh müəllim özü danışıb indi yazdıqlarımı: "Maarifdə (o zaman Təhsil İdarəsi Maarif Şöbəsi adlanırdı –S.Y.) işləyirdim. Eşitdim ki, Kosalar kəndində yeni məktəbin tikilməsi plana düşüb. Çox sevindim. Səhərisi gün isə aldığım xəbər məni məyus etdi. Bizim kənddə plana düşən məktəbin başqa kənddə tikilməsi üçün yollar axtarılırdı. İşdən çıxdım, dayıma (Taleh müəllim İsmayıl Şıxlının bacısı oğludur – S.Y.) zəng etdim. Vəziyyəti danışdım. Dayım lazımi yerlərlə əlaqə saxladı. Səhəri gün işə gələndə artıq məktəbin Kosalar kəndində tikiləcəyini danışırdı hər kəs".
Hal-hazırda İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd orta məktəbinin Sovet dövründə necə plana salınmasından və necə tikilməsindən yazdım. Babam o məktəbin plana salınması üçün əlindən gələni əsirgəmir. Taleh müəllim məktəbin Kosalar kəndində tikilməsi üçün mübarizə edir. Nəhayət, üçmərtəbəli, geniş, işıqlı, böyük məktəb tikilir. Taleh müəllim həmin məktəbə 29 il rəhbərlik edir. Kəndimizin insanları var olsun, hər iki ziyalını böyük hörmətlə yad edirlər.
Nədənsə bu məktəbin necə tikilib araya-ərsəyə gəlməsi prosesindən heç danışılmır. Nə Yusif müəllimin, nə Taleh müəllimin adı, zəhməti qeyd olunur. Onlar bunu etmədilər ki, hamı onlara “sağ ol” desin. Onlar bu addımı atdılar ki, şagirdlər elmlə süslənsinlər. Unutmayanlar var olsun. Hər birinə tək-tək minnətdaram. Kəndimizin qədirbilən insanlarına təşəkkür edirəm.
Bəlkə, elə onların bu müdrik addımları onları İlahi mərtəbəyə qaldırıb. Mən özüm yuxuda gördüm Taleh müəllimi, "Mən Cənnətdəyəm, ölməmişəm. İstədiyim insanla istədiyim vaxt görüşüb, söhbət edirəm" dedi. Bacım Kamilə xanım həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Kəndə getmişdim. Anam dedi ki, Hacı Mahmud Əfəndinin Türbəsini ziyarətə gedək. Və sözünə əlavə etdi: "Kamilə yuxusunda görür ki, Göy Türbəyə ziyarətə gedib. Hacı Mahmud Əfəndinin məzarı yanında daha iki məzar var. Biri babanın məzarı, biri də Talehin məzarıdır". İlahi, babam da, Taleh müəllim də Övliyalara qonşudur. Nə xoş bizim halımıza. Şükür rəhmətinə.
Atam bizi Göy Türbəyə apardı. Ziyarət etdik. Unudulmaz insanların ruhlarına dualar etdik. Nə yaxşılar, nə də yaxşı əməllər ölər. Onlar əbədiyyən yaşayar. Ölməzlərə salam olsun!
Bu gün Taleh müəllimin vəfatından 6 il keçir. Sanki dünən idi. Bu günəcən onu unutmadıq. Evimizdə həmişə Taleh müəllimdən danışırıq. Kövrəlsək də, göz yaşına boğulsaq da, fəxrlə deyirik ki, nə yaxşı bizim kəndin Taleh müəllim kimi salğarlı, sanballı, elmli bir övladı var.
Ruhunuz şad olsun, diri Adam, duru Adam!
Səbinə Yusif
Tarix: 24-02-2022, 18:53 Oxunub: 1 820
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
6-07-2021, 18:43
SƏN DİRİSƏN- SƏN ÖLMƏDİN...
8-03-2021, 22:50
8 Mart həm də Əli Həsənov üçün xüsusi gündür - Saxta tərcümeyi-hal
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir
15-10-2021, 14:05
Qazaxda şəhidin adı əbədiləşdirildi
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
30-01-2021, 17:40
"Zamanın dar süzgəcindən keçib gəldim çeşmə kimi"
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi

















