KÜTLƏVİ DAVA: 1 nəfər bıçaqlandı, 3 nəfər döyüldü... -QAZAXDA

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var.
Hadisə  rayonun  Aslanbəyli kəndində qeydə alınıb.
2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 30-09-2022, 08:39 Oxunub: 376


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031