Salyanda ağır qəza - Xəsarət alanlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, “Jiqulu” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəlüdlü Məmmədli Fərid Elşən oğlu və 2003-cü il təvəllüdlü Ələkbərov Ceyhun Seymur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 8-06-2024, 18:27 Oxunub: 3 116


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031