09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
Bu diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHI
Bölməyə aid digər xəbərlər
Azərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayon\şəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, bu günə qədər 7 mərkəz xəstəxanalara birləşdirilib. Bundan sonra isə 4 mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:
– Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına
– Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına
– Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına
– Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına
Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir: “Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq”.
Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:
– Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
– Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına
– Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına
– Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına
– Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına
– Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
– Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına
Bakı şəhəri üzrə tibb müəssisələrində aparılan struktur dəyişikliklər Ailə Sağlamlıq Mərkəzlərinin və tibb mərkəzlərinin yaradılması, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır. Ailə Sağlamlıq Mərkəzləri ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə yaradılır. Bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.
Tibb mərkəzləri ilə bağlı məsələyə gəldikdə isə aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.
Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:
– Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirlib.
– Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.
– Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.
Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.
Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.
Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təzhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.

Tarix: 19-11-2021, 09:31 Oxunub: 3 299
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
14-01-2021, 13:38
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
28-12-2020, 11:19
“Bakı Hərrac Mərkəzi” MMC "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..." adli məqaləyə cabab verdi...
25-01-2021, 11:35
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
1-01-2021, 21:03
Ramin Bayramlı: “Sığorta varsa, tibbi xidmət tamamilə pulsuz olacaq”
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
16-09-2020, 20:29
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı MÜƏYYƏNLƏŞDİ
29-07-2020, 23:06
“Azercell”dən növbəti keyfiyyət göstəricisi
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
24-07-2020, 19:21
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
29-07-2020, 23:19
SAHİL BABAYEV SƏLİM MÜSLÜMOVUN RÜŞVƏTXORLUĞA GÖRƏ QOVDUĞU BEYLƏQAN RAYON MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİNƏ YENİDƏN YÜKSƏK VƏZİFƏ VERDİ!
26-12-2020, 23:03
“Oqtay Şirəliyevin, Ramin Bayramlının, Zaur Əliyevin monopoliyasından bizi yalnız İlham Əliyev qutara bilər”