AKP-nin müttəfiqi olan partiyanın sədri qəzaya düşdü

      Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici qəzaya düşüb. Bu barədə TRT məlumat yayıb.
     Desticinin də içində olduğu maşın qəza keçirib. Qəzada partiya sədri və BBP-nin Tokat vilayət təşkilatının rəhbəri Mustafa Omalar xəsarət alıblar. Hələlik yaralıların vəziyyəti və qəzanın səbəbi məlum deyil.
      Qeyd edək ki, mərhum siyasətçi Muhsin Yazıcıoğlunun yaratdığı partiya hazırda Cümhur İttifaqında təmsil olunur və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqidir.

Tarix: 4-03-2024, 21:11 Oxunub: 200


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031