11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
13:31 / 01-08-2026
Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
10:03 / 31-07-2026
Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
08:32 / 30-07-2026
"Onkoloji xəstəlik qorxulu deyil, sağalan xəstəlikdir, bunun üçün həkimlə dostluq etmək lazımdir" - Elçin Mansurov
09:29 / 29-07-2026
Rektör Anar Eminov: “Bilimsel Gelişim, Hedef Odaklı Strateji ve Akademik Mükemmeliyetin Bir Sonucudur”
09:16 / 29-07-2026
Anar Eminov: “Elmi inkişaf məqsədyönlü strategiya və akademik mükəmməlliyin nəticəsidir”
14:45 / 28-07-2026
Anar Nəbiyev: "Azərbaycan dili milli və bəşəri dəyərləri ehtiva edir"
09:35 / 28-07-2026
Polad Ağakişiyev: "Dilimiz həmrəyliyimizin sarsılmaz təməlidir"
09:27 / 28-07-2026
Atlaz Rzayinin sənət bağçasından bir neçə yarpaq...
09:11 / 28-07-2026
SAHİB İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR!!!
16:24 / 24-07-2026
Esmira Şıxməmmədova: "Qarşılıqlı faydalı əməkdaşlıq modeli"
16:18 / 24-07-2026
YAP Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib
13:23 / 24-07-2026
Anar Nəbiyev: Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
05:37 / 23-07-2026
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu bu dəfə ŞƏKİDƏ...
18:31 / 22-07-2026
Qazaxda Milli Mətbuat Günü qeyd olunub
11:56 / 22-07-2026
Anar Eminov: "Ulu öndər Heydər Əliyev milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı"
10:19 / 21-07-2026
Paşa Hadıyev: "Cəmiyyətin güzgüsü"
15:44 / 20-07-2026
Anar Nəbiyev: Ölkəmizdə ən müasir tələblərə cavab verən media mövcuddur
22:40 / 17-07-2026
Anar Eminov: "Gələcəyin universitetləri yaşıl düşüncənin, elmi innovasiyanın və sosial məsuliyyətin qovuşduğu məkan olacaq"
14:23 / 17-07-2026
Murğuz Alıyev: Uğurla inkişaf edən münasibətlər
11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
Jurnalist Zaur Qənbərovun sifarişli həbsini kimlər təşkil edib?

“Rəis müavini telefonundakı şəxsi həyatına aid fotoları yaymaqla şantaj edib. Bildirib ki, o şəkilləri yayacaqlar, qadın da intihar edəcək…”
Gədəbəy rayonunun Arıqıran kənd sakini, “sarkazm.az” saytının redaktoru Zaur Qəmbərov bir aya yaxındır ki, xuliqanlıq ittihamıyla həbs olunub. Lakin ailə üzvləri hesab edir ki, bu həbsin əsl səbəbi onun peşə fəaliyyəti, hazırladığı tənqidi materiallardır.
“Deyir ki, rəis müavini səslərə qulaq asıb, sonra silib ki, sübutlar yox olsun”
Qardaşı Elməddin Qəmbərov Meydan TV-yə bildirib ki, Zaurun necə tutulması və ondan sonrakı proseslərin təhlili bu işin sifarişli olduğunu düşünməyə əsas verir.
1990-cı il təvəllüdlü Zaur Qəmbərov avqustun 1-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Gəncədə yol qəzası baş verib, qarşı tərəflə mübahisə zamanı Zaur Qəmbərov onlara xəsarət yetirib.
Təqsirləndirilən jurnalist hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. O, təcridxanada qardaşıyla görüşərkən necə tutulması haqda bunları danışıb:
“Zaur deyir ki, Bakıdan gəlirmiş, Gəncədə hava limanının yanındakı yolda üçüncü zolaqda asta-asta, təxminən saatda 30-40 sürətlə gedəndə görüb ki, qəfildən bir maşın bunun qarşısına keçib, “tormoz” verdi. Onda Zaur qəzadan yayınıb, yenə yoluna davam eləyib. Bir az gedib ki, həmin “Chevrolet” yenə gəlib, bu dəfə Zaurun maşınını arxadan vurub. O maşında iki nəfər yaşlı adam olub. Zaur deyir ki, düşüb təhqir eləməyə başladılar. Ona görə Zaur şübhələnib və telefonun diktofonunu qoşub ki, əlində sübut olsun. Hadisə yerinə gələn yol polisi də təsdiqləyib ki, qəzada günah o biri maşında olub”.
Zaur Qəmbərov qardaşına danışıb ki, sonradan onu Gəncə şəhər Baş Polis İdarəsinə aparıblar. Çünki “Chevrolet”dəki şəxslər – sürücü Arzu Mirzoyev və yanında olan Tofiq Həsənov ondan şikayət edib.
Təqsirləndirilən jurnalistin bildirdiyinə görə, o, polis idarəsində olarkən telefonun diktofonunda qeydə aldığı səs yazısını Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Niyaməddin Qasımova təqdim edib:
“Zaur deyir ki, rəis müavini səsə qulaq asıb və onu silib. Sübutu yox eləyib. Bu, nə deməkdir?
Zaurun təqsirsizliyini təsdiqləyən sübutlar məhv edilirsə, deməli, onun həbsi kimlərəsə lazımdır. Niyə? O biri maşında olan adamlar ki var, Zaurdan şikayətçidilər, onlar da deyir, bizlik deyil, polislikdir”.
“Qardaşım deyir ki, icra başçısının müavini haqqında yazdıqlarına görə şərlənib”
Zaur Qəmbərov ailə üzvlərilə görüşündə deyib ki, rəis müavini səs yazısını silməkdən əlavə, onu telefonundakı şəxsi həyatına aid fotoşəkilləri sosial şəbəkələrdə yaymaqla şantaj edib:
“Onu hədələyiblər ki, o şəkilləri yayacaqlar, oradakı qadın da intihar edəcək. Zaur da deyib ki, mən də baş verənləri ictimailəşdirib intihar edəcəm. Qoy bu millət görsün ki, nə baş verir”.
Elməddin Qəmbərovun sözlərinə görə, qardaşının telefonunun cinayət işinə heç bir aidiyyəti yoxdur. Lakin bugünə qədər telefonu onlara qaytarmırlar:
“Telefonun nə aidiyyəti var xuliqanlıqla bağlı cinayət işinə? İstəmirlər ki, o səs yazısı bərpa olunsun, ona görə qaytarmırlar”.
Zaur Qəmbərov ailə üzvlərilə görüşündə onu da bildirib ki, həbsinin əsas səbəbi İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov haqqında araşdırmalarıdır. Onun sözlərinə görə, həbs olunarkən niyə cəzalandırıldığını ona çatdırıblar.
“Deyir ki, Mahmud Süleymanov haqqında yazdıqlarına görə şərlənib. Ona himayədarlıq edən məmur eyni zamanda Gəncədə də söz sahibidir. Ona görə həbsi Gəncədə həyata keçirilib.
Qardaşım bir müddət əvvəl Gəncədəki təcridxanada damarını kəsib və başqa formada özünə xəsarət yetirib. Qətiyyən təcridxanadakı şəraitdən, oradakı rəftardan narazılığı yoxdur.
Şərlənib həbs olunmasına etiraz olaraq bu addımı atıb. Bu dəfə qarşısını alıblar. Onun həyatına görə çox narahatam. Deyir ki, Gəncədə ona qarşı təxribatı quranlar, həbsini sifariş edənlər, onların arxasında dayanan, hakimiyyətdə yuxarı səviyyədə təmsil olunan şəxslər – hamısının adlarını yazıb, intihar edəcək. Onunla hər söhbətimizdə bu niyyətindən daşındırmağa çalışıram. Çox çarəsiz bir vəziyyətdir…”, – Elməddin Qəmbərovun sözləridir.
DİN nə deyir?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 1-də axşam saatlarında Post Patrul Xidmətinin əməkdaşları Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verdiyini, sürücülərdən birinin digərinə küt alətlə xəsarət yetirdiyini aşkar ediblər:
“İlkin araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Zaur Qəmbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən “Chevrolet” markalı avtomobilin onu ötməsinə əsəbləşərək, yol hərəkəti qaydalarını kobud surətdə pozub, sözügedən avtomobili ötərək qarşısına keçib və qəfil əyləcləmə edib. “Chevrolet” markalı avtomobilin sürücüsü yaranmış qəza şəraitində idarəetməni itirərək, Zaur Qəmbərovun avtomobili ilə toqquşub. Baş vermiş hadisə ilə əlaqədar Zaur Qəmbərov avtomobildən düşərək, qarşı tərəfi nalayiq ifadələrlə təhqir edib, daha sonra ona müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi başlanıb”.
Zaur Qəmbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.əddin Qəmbərovun sözlərinə görə, qardaşının telefonunun cinayət işinə heç bir aidiyyəti yoxdur. Lakin bugünə qədər telefonu onlara qaytarmırlar:

Meydan TV
Bölməyə aid digər xəbərlər

Tarix: 5-09-2023, 22:26 Oxunub: 2 271
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
12-07-2022, 16:21
Vətən müharibəsindən sonra 35 qazi intihar edib – SİYAHI
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-11-2021, 15:17
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir - "Əldən getdi”
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
15-03-2023, 13:37
Gədəbəy icra hakimiyyətinin əməkdaşıları ilə Kapital Bank vətəndaşa qarşı DƏLƏDUZLUQ – İDDİA
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
24-07-2020, 18:32
Yunanıstanda matəm elan edildi - FOTO
11-02-2021, 12:54
Tovuzda öldürülüb yandırılan Nərmin işində sensasion detallar – İlkinin qardaşı və vəkili istintaqı darmadağın etdi…
26-01-2022, 08:38
“Bu gün fərman verən sabah can verir…”
23-01-2021, 08:10
Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib?
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
21-09-2021, 14:06
"Ərinə göndərəcəyik" - Evli qadını intim videosu ilə şantaj edən gənclər
3-12-2021, 13:47
Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər