09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
Son iki damla yaşına dəyməyən yazı...
Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə hər kəs. Ən azından sinəsində cövlan eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq Kərəmi”dənmi ip ucu götürüb bir xatirəni çözüb də yazmaqdan asan nə var ki. Və bilənlər onu da yaxşı bilir ki, Dədə Ədalət , haqqında ən cox yazılar və şeirlər yazılan bəlkə də yeganə sənətkardır. Yəni Aşıq Ədaləti tanıyıb onun haqqında şeir yaxud yazı yazmaqdan asan bir iş yoxdu əli qələm tutan hər kəsə...Amma zulum Ədaləti tanıyıb da,dərk edib də, duyanların dərdidi... O kəslərin dərdidi ki,onlar Dədəni ilmə-ilmə bilir,naxış-naxış toxumaq istəyir,bacarmır. O kəslərindi ki, Dədəni iliyinnən sümüyünəcən dərk edir, o ənginliklərə baş vurur, amma azıb qalacagından qoruxur... O kəslərindi ki, bu sirli dünyanın qatlarına enir, geri qayıtmağa yol tapmaq ümidini itirir...Zülüm o kəslərindi ki, onlar bu təxti-səltənət sahibinin hikmətinə bələddirlər və onun böyüklüyünə qalxacaq yazı yazmağa cəsarət etmirlər. Şahların,sultanların xəzinəsində nələrin olduğunun marağında olmayan insanlar olub ki, Dədə Ədalətin içindəki ləli-cəvahirata bənd olub, illərcən bu xəzinənin dalınca sürünüb, ona varmaq arzusunnan yaşayıb... Pinəçi Məhəmmədəlinin kirayələrdə ölən oğlunu deerəm, Aşıq Ədaləti--Allahın ən zəngin və seçilmiş bəndələrindən biri. Təbii ki, seçilmişlərin zaman-zaman yaşadıqları məkanlarını da, yerlərini də, talelərini də Tanrı seçir...elə Dədə Ədalət kimi...
Bölməyə aid digər xəbərlər
Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə hər kəs. Ən azından sinəsində cövlan eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq Kərəmi”dənmi ip ucu götürüb bir xatirəni çözüb də yazmaqdan asan nə var ki. Və bilənlər onu da yaxşı bilir ki, Dədə Ədalət , haqqında ən cox yazılar və şeirlər yazılan bəlkə də yeganə sənətkardır. Yəni Aşıq Ədaləti tanıyıb onun haqqında şeir yaxud yazı yazmaqdan asan bir iş yoxdu əli qələm tutan hər kəsə...Amma zulum Ədaləti tanıyıb da,dərk edib də, duyanların dərdidi... O kəslərin dərdidi ki,onlar Dədəni ilmə-ilmə bilir,naxış-naxış toxumaq istəyir,bacarmır. O kəslərindi ki, Dədəni iliyinnən sümüyünəcən dərk edir, o ənginliklərə baş vurur, amma azıb qalacagından qoruxur... O kəslərindi ki, bu sirli dünyanın qatlarına enir, geri qayıtmağa yol tapmaq ümidini itirir...Zülüm o kəslərindi ki, onlar bu təxti-səltənət sahibinin hikmətinə bələddirlər və onun böyüklüyünə qalxacaq yazı yazmağa cəsarət etmirlər. Şahların,sultanların xəzinəsində nələrin olduğunun marağında olmayan insanlar olub ki, Dədə Ədalətin içindəki ləli-cəvahirata bənd olub, illərcən bu xəzinənin dalınca sürünüb, ona varmaq arzusunnan yaşayıb... Pinəçi Məhəmmədəlinin kirayələrdə ölən oğlunu deerəm, Aşıq Ədaləti--Allahın ən zəngin və seçilmiş bəndələrindən biri. Təbii ki, seçilmişlərin zaman-zaman yaşadıqları məkanlarını da, yerlərini də, talelərini də Tanrı seçir...elə Dədə Ədalət kimi...Hər kəs Aşıq Ədaləti dərk etdiyi qədər gördü... Kim nə miqdar idisə o miqdar da ona dəyər verdi. O üzdən idi ki, onun ərşdən-kürşdən söylədiklərindən bixəbərlər onun içməyindən və söyüncündən yazdılar. Onun Haqdan gələn vergisini, tanrısal tərəflərini yox, özləri boyda, öz çəkilərində bəndəlik tərəfini gördülər. (Belə böyük, fitri istedadlı insanlarda elə xırda cizgiləri görmək də, qabartmaq da bəsirət gözünün bağlılığından dolayı bir şey də deyildi) Ancaq anlamadılar ki,Ədalətin söyüncü də haqq idi, ədalətli idi...Ona hər şey yaraşırdı, necə ki, saz Ədalətə yaraşan kimi. Çünki o, sənətinin şahıydı,sultanıydı,təkiydi,yekiydi,biriydi,dövrünün birincisiydi...
Fələyindən açılmamış sirdimi,
Sinəsindən yaralanmış şirdimi,
Ozandımı,ocaqdımı,pirdimi,
Dilmi tutar,yazılarmı bu hikmət?
Saz çalanda Allah olur Ədalət...
Səs sitəmli,sinə-körük, gözlər-qan,
Barmaqlar- dərd, kəlmələr –od, sözlər-qan
Bundan betər nə inqilab,nə üsyan,
Bundan anrı hayqırmağa nə hacət
Saz çalanda üsyan olur Ədalət
Saz çalanda Vətən olur Ədalət...
( A. Sadiq Əfəndi)
Bundan o yana yazmağa nə hacət ?! Yerindəmi deyilmiş, heyrətdənmi deyilmiş, hikmətdənmi deyilmişdi bu misralar ? Özümü demiş, özgəmi dedizdirmişdi şairə bu heyrəti? Niyə Aşıq Ədalətə “sazın peygəmbəri” deyəndə, yaxud saz çalanda “Allah olur Ədalət”- deyəndə əli qılınclı üsyana qalxırıq? Allah hardadı ki? Allahı niyə yoxluqlarda axtarırıq ? Allah elə bizim içimizdə, könül taxtımızda deyilmi ? Gülən gözlərdə, sevən ürəklərdə, dilsiz tut agacının simlərdən ötürdüyü iniltisində, sızıltısında deyilmi ki? Niyə saz çalanında özümüz oluruq, niyə saz çalınanda duyğulanirıq, duruluruq, saflaşırıq, ən ali, ilahi məqamları yaşayırıq? Biz Tanrının bir zərrəsi--bu yaşadığımız Tanrının halı deyilmi ki? Niyə saz çalınanda bizə hardansa bir işıq , bir eşq süzülüb gəlir... İşıqdı, eşqdi Yaradanın özündən bizə ötürdükləri deyillmi? Eşq, işıq, aşiq, aşıq –haqq aşıqlarının tanrısal üzləri, sifətləri, adları deyilmi ? Yoxsa bu qədər ovsunun, sehrin sirri nədəydi ki ? Şahi-mərdan nökəriyəm,dərsimi pünhan verib (A.Ələsgər)-deyən Dədə Ədalətin ömrünün son günlərənicən başı üzərində yanan işıq da o işıq deyildimi ? Bəs bu yer üzü bəndələrinin ağlımızı kəsdirmək istədikləri nədi görəsən? ----
Sənət meydanında yüyəninə hər əl yetməyən atını dörd nala çapıb meydan sulayan, hikkəsindən-haytasından sazını gəmirib yeyən dəli bir Ozanıydı Ədalət... Sazın,aşıqlığın ( Dədə Ələsgərdən sonra, sonuncu ) ocağı, səcdəgahı, piriydi --Ədalət ! Tanrının möcüzəsi, sehiri, sirriydi --Ədalət ! Aşıqlıq elminin vaqifi, kamili, dürrüydü--Ədalət... Alnının hər qırışı, üzünün hər cizgisi, saçının hər dəniylə yurduydu, eliydi, ulusuydu, Vətəniydi – Ədalət !
Oxuları da çalğıları kimi ahıydı, naləydi, dərdiydi, çağrışıydı, üsyanıydi, hayqırtıydı, tarixiydi –Ədalət! Uzaq-uzaq Altayların başından, Tanrıdağın yaşından, Ərzurumun qaşındann qopub gələn Qoca bir Türkiydi, Lələydi, Kərəmiydi, hər kimiydi, hər nəydisə saz çalıb oxuyanda bəşər övladından çox uca mərtəbədəydi –Ədalət!!!
Sərdara söz deməyən, şaha baş əyməyən, hökmüydü, hikkəydi, ədaydı–Ədalət!
Ancaq... Ancaq körpə uşaq kimi kövrək idi, imanlıydı, ədalətliydi –Ədalət! Sadədən sadə, böyüklə böyük, uşaqla uşaq olan müdrik bir danəndəydi—Ədalət!!! (bu məqamda Bəhlul Danəndəyə də çoxlarının Bəhlul Divanə dedikləri yadıma düşdü,necə ki Dədəyə dedilər)
Dədə adını ona Osmanlıda Əziz Nesin, vergisini yuxuda Şahi-mərdan Hz.Əli, ilk dərsini atası Məmmədəli kişi vermişdi. Sazı ona, onu bizə isə Ulu Yaradan bəxş etmişdi. Kərəm Əslisini sevən kimi , Məcnunun Leylisini sevən kimi sevirdi Sazı.
“ Yanıq Kərəmi”,” Fəxri”, “Hüseyni”, “Hicran Kərəmi”, “Qaraçı”, “Naxçıvani”, “Qəhrəmani”, “Mirzəcanı”, “Kərəm Gözəllməsi”, “Aran Gözəlləməsi” kimi onlarla, yüzlərlə havacatlara ürək qoyub, ömür vermişdi, beynindən ürəyinə, ürəyindən barmaqlarına süzülüb gələn hər nə varıydısa Allahınıydı, Tanrının halıydı... Elə onçun da bu dəlilik, bu vəlilik, bu vergilik Sultan qapısından ucada duran kasıb kirayə komasının qapısını ziyarətgaha cevirmişdi...
Tanrı dərdi çəkə bilənlərə verir- deyirlər. Hamıdan gizlətdiyi çox ağrıları, çox dərdləri varıydı Dədənin. Heç kimə danışıb öz ağrılarını yükləməzdi. Yaraların qaysağını açan kimi uşaq təki kövəlib ağlayırdı... Hər çiçəyin boynunu bükdürən bir mövsüm, hər insanı həyata küsdürən biri olduğu kimi Dədəni də həyata küsdürənlər varıydı. Kim bilir bəlkə də o sazda öz taleyini, öz alın yazısını çalıb oxumağa gəlmişdi bu dünyaya...
Hər gələnin sevmədiyi, hər sevənin getmədiyi, bu gəlimli gedimli, son ucu ölümlü dünyanın nəyinə bənd olub qalasıydı ki, bu Ustad?
Anan ölsün, gidi dünya... Səni deyib gələnə bax, gəlir ağlaya-ağlaya,
Səndən dönüb gedənə bax, gedir ağlaya-ağlaya...(A.Sadiq)
Sonunca Ölümü də gülə-gülə qarşıladı... Amma əllərini açıb göylərə-Tanrıya dogru uçanda gözlərindən iki damla yaş süzüldü. Yanağını göynədən o iki damla yaş deyə bilmədikləri son intizarı, son ağrısı, son vəsiyyəti, son ismarıcıydı bu dünyaya. Həm də ömür nağılının son iki cümləsiydi --Sizə bir nağıl danışım, aglaya-ağlaya gülün... Sazın Ədalət nağılı, Ədalət əfsanəsi...
Dərd də, sevgi də, ölüm də dünyanın əbədi və əzəli olanları, olacaqlarıdı. Əslində, dünyada nə varsa, hər şey böyük Yaradanın insanlara sınağı üçündür. Olumdan-ölümə,ölümdən Allaha qədər bir yol var ki o yolda hər yolçunun qazana bilmədiyi bir Ölümsüzlük zirvəsi var. O zirvəni qazananlara, o zirvəyə qovuşanlara eşq olsun... Allahın izninnən halallığına,haqqına, ədalətinə Ədalətinə qismət olan o zirvəyə-- payız köçünə bənd olub gedən uçan durnalardan bir ismarıc da mən yollamaq istədim -- Ölümsüzlüyün mübarək, Dədə!!!
Uşaq məsumluğu ilə gülərək sifətindən göynəyə-göynəyə süzülən son iki damla yaşına belə dəyməyən bu beş-on cümlə də məndən sənin uca ruhuna bir ehtiramım olsun, Dədə,qəbul eləsən əgər...
Çiçək Mahmudqızı.
Tarix: 9-10-2021, 18:21 Oxunub: 1 400
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
11-02-2021, 21:47
AŞIQ ƏLƏSGƏR OCAĞI və AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ mənə qarşı nankorluq və xəyanət etdilər... - HACI LOĞMAN QORQUD
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
29-01-2021, 21:02
AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
8-03-2021, 22:50
8 Mart həm də Əli Həsənov üçün xüsusi gündür - Saxta tərcümeyi-hal
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
23-02-2021, 02:31
ATİA.AZ-ın çəkiliş qrupu AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUD OCAĞINDA....
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
24-04-2021, 20:19
DÜNYANI ÇAŞDIRAN ERMƏNİ YALANLARI
5-08-2021, 19:24
Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
14-02-2021, 21:47
"EL BİLİR Kİ, SƏN MƏNİMSƏN" deyən ŞAİRİN araşdırmaçı şair- filosof Hacı Loğman Qorqudun fəlsəfi süzgəcindən keçən, hər kəsə görünməyən iç dünyası...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
30-01-2021, 17:40
"Zamanın dar süzgəcindən keçib gəldim çeşmə kimi"
14-12-2020, 12:47
"Mən sazsız yaşaya bilmərəm"--- CEYHUN QURBANSOY
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
















