Xaçmazda ailə faciəsi: Dəm qazından boğulan qız öldü, ananın vəziyyəti ağırdır...

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.
Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.
N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiyya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 16-01-2022, 18:41 Oxunub: 684


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031