Həyətdə işləyən qadını ilan sancdı: Vəziyyəti orta ağırdır

Ağdam sakinini ilan sancıb.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. 
Belə ki, Kənd sakini 1990-cı il təvəllüdlü Cəfərova Aynurə Cəfər qızı həyətdə işləyərkən sağ ayağından ilan sancıb.
A.Cəfərova yaxınlarının köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vəziyyəti ağır olan qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta ağırdır.


Tarix: 22-07-2020, 21:05 Oxunub: 816


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031