UNEC rektoru “Açıq qapı” günləri keçirəcək

UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək. Bu barədə universitetin mətbuat xidmətindən bildirilib.
 
İlk “Açıq qapı günü” 8 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.
 
“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.


Tarix: 6-06-2024, 13:55 Oxunub: 380


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031