Abşeronda iki avtomobil toqquşub, yanğın olub - VİDEO

   Abşeron rayonunda iki avtomobil toqquşub, yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Novxanı kəndində “Mercedes-Benz” və KIA markalı iki minik avtomobili toqquşub.
Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Tarix: 2-08-2023, 14:03 Oxunub: 629


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031