Lerikdə meşədə yanğın olub

Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə (Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 8 saylı dolayı) 5 ha sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.
Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Bizimlə əlaqə saxlayın


Tarix: 26-07-2020, 20:44 Oxunub: 737


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031