Polis xidməti maşınla piyadanı vurdu - DİN-dən AÇIQLAMA

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.
Hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, qəflətən yola çıxan piyada Ə.Müslümovu  Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.
Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov hadisə ilə bağlı bunları deyib:
"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə  qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı  xəstəxanaya  çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır"


Tarix: 16-01-2023, 14:02 Oxunub: 574


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930