Göyçayda ata və oğul müəmmalı şəkildə yandı: Ölən və xəsarət alan var

Göyçay rayonunda bir ailənin iki üzvü yanıq xəsarəti alıb, ölən var.
Hadisə rayonun İnçə kəndində qeydə alınıb.
Kənd sakini, 1966-ci il təvəllüdlü Məcidov Sərvər Həmid oğlu və 1995-ci il təvəllüdlü Məcidov Cavid Sərvər oğlu yaşadıqları evdə yanıq xəsarəti alıblar.
Ata və oğlu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq bədəninin çox hissəsi yanmış olan Cavid Məcidov xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.
Yanğının ot biçən qurğuya yanacaq tökərkən qəflətən baş verdiyi bildirilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA



Tarix: 29-09-2022, 01:02 Oxunub: 316


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031