Toyda kütləvi zəhərlənmə... - Hacıqabulda

Hacıqabul şəhəri Mikayıl Müşfiq küçəsində  keçirilən  toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
 Belə ki, həmin ünvanda keçirilən toy mərsimində 12 nəfərdən çox adamın halı qəflətən pisləşib. Bu barədə məlumat daxil olan kimi təcili yardım stansiyasının əməkdaşları hadisə yerində olub. Toyda zəhərlənən bir çox adama hadisə yerindəcə ilkin tibbi yardım göstərilib, bəziləri isə yardımdan imtina ediblər.
Hacıqabul sakinləri, 1962-ci il təvəllüdlü Rüstəmov İlham Həsən oğlu, 1984-cü il təvəllüdlü İbrahimova Gülnaz İsgəndər oğlu, Ağayeva Bəsti Müşfiq qızı və daha 9 nəfər Hacıqabul və Şirvan şəhər xəstəxanalarına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra sağlamlıq üçün elə bir ciddi təhlükə olmadığından ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 19-06-2022, 12:09 Oxunub: 818


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031