Bakıda qəribə hadisə: Sürücüsü olmayan avtobus qəza törətdi

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.

"Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb".

Bu məlumatı  Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan "Daewoo" markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır", - deyə T.Nəsirli bildirib.


Əzizə İsmayılova, Oxu.az


Tarix: 7-03-2025, 09:21 Oxunub: 2 562


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031