Nömrə nişanı yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı

     Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. 
    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.

Tarix: 19-02-2024, 17:50 Oxunub: 336


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031