Bakıda zəncirvari QƏZA – 9 nəfər xəstəxanalıq oldu

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin – Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Tarix: 8-11-2024, 11:54 Oxunub: 468


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031