Abşeronda gölməçədə qadın meyiti aşkarlandı

      Abşeronda gölməçədə meyit tapılıb.
       Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
      Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub: “Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
    Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.
     Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Tarix: 15-08-2024, 10:08 Oxunub: 489


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031