Gecə körpüyə çıxıb intihar etmək istədi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. Gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihara cəhd edən vətəndaş, 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.


Tarix: 19-04-2024, 10:48 Oxunub: 371


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031