09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
Aşıq Şəmşir və S.Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək... - QAZAXDA
Aşıq Şəmşirin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görülmüşdür. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir 9 dekabr 1963-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, görkəmli sənətkar 14 mart 1973-cü ildə Şərəf nişanı ordeni ilə təltif edilmişdir. 1980-ci ildə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və orada büstü ucaldılmışdır.
2010-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı fəaliyyətə başladı. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazandı.
Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır. Bu konfrans sənətkarın yubileyinə hazırlıq kimi də qeyd edilə bilər.
Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.
Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin inkişafına da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində yeni bir səhifə açdı.
Kəlbəcərin cənnət bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşü təşkil edilir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin adından böyük şairə şeirlə xoş gəldin eləyir:
Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Səməd Vurğun və Aşıq Şəmşir dostluğu Qazax–Kəlbəcər ədəbi-mədəni əlaqələrini bir daha möhkəmləndirir, hər iki ustadın görüşü, dostluğu dastana çevrilir.
Bildiyimiz kimi, Kəlbəcər 1993-cü il aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini öz dədə-baba yurdundan didərgin salınmışdı. Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə görkəmli sənətkarların Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətləri nəzərə alınaraq "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilməsi planlaşdırılmışdır. Konfrans üz-üzə və onlayn keçiriləcəkdir. Konfransın əsas məqsədlərindən biri də Kəlbəcərin işğaldan azad olmasının qeyd edilməsi ilə bağlıdır.
Sizi, Aşıq Şəmşirin, S.Vurğunun zəngin yaradıcılığını, ümumiyyətlə, aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
Bölməyə aid digər xəbərlər
Qazax şəhərində, 13 May 2022-ci il tarixində
Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu,
Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı
və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının
birgə təşkilatçılığı ilə
Aşıq Şəmşir və S.Vurğunun xatirəsinə həsr edilmiş
"Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda
Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Azərbaycan aşıq ədəbiyyatını inkişaf etdirən, onu mövzu və janr baxımından zənginləşdirən, aşıq sənətinin yüksək zirvəyə qalxmasında xüsusi xidmətləri olan sənətkarlarımız arasında Aşıq Şəmşirin özünəməxsus yeri vardır. Ustadın özündən sonra da yetirmələri onun bu missiyasını davam etdirmiş və nəticədə Azərbaycan aşıq ədəbiyyatında zəngin poetik irs ərsəyə gəlmişdir.Aşıq Şəmşirin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görülmüşdür. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir 9 dekabr 1963-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, görkəmli sənətkar 14 mart 1973-cü ildə Şərəf nişanı ordeni ilə təltif edilmişdir. 1980-ci ildə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və orada büstü ucaldılmışdır.
2010-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı fəaliyyətə başladı. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazandı.
Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır. Bu konfrans sənətkarın yubileyinə hazırlıq kimi də qeyd edilə bilər.
Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.
Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin inkişafına da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində yeni bir səhifə açdı.
Kəlbəcərin cənnət bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşü təşkil edilir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin adından böyük şairə şeirlə xoş gəldin eləyir:
Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Səməd Vurğun və Aşıq Şəmşir dostluğu Qazax–Kəlbəcər ədəbi-mədəni əlaqələrini bir daha möhkəmləndirir, hər iki ustadın görüşü, dostluğu dastana çevrilir.
Bildiyimiz kimi, Kəlbəcər 1993-cü il aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini öz dədə-baba yurdundan didərgin salınmışdı. Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə görkəmli sənətkarların Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətləri nəzərə alınaraq "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilməsi planlaşdırılmışdır. Konfrans üz-üzə və onlayn keçiriləcəkdir. Konfransın əsas məqsədlərindən biri də Kəlbəcərin işğaldan azad olmasının qeyd edilməsi ilə bağlıdır.
Sizi, Aşıq Şəmşirin, S.Vurğunun zəngin yaradıcılığını, ümumiyyətlə, aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
Tarix: 25-04-2022, 19:37 Oxunub: 1 538
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
14-12-2020, 12:47
"Mən sazsız yaşaya bilmərəm"--- CEYHUN QURBANSOY
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
5-08-2021, 19:24
Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
9-10-2021, 18:21
Son iki damla yaşına dəyməyən yazı...
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
29-01-2021, 21:02
AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
25-10-2021, 09:34
Tanınmış folklorşünas alim vəfat etdi
18-09-2020, 00:06
Mehdiyevin dövlətə qarşı dirəniş çağırışı – Sensasion məqalə
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
10-03-2022, 12:38
Bu gün Milli Teatr Günüdür
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
28-12-2020, 18:02
"Mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur" - Hikmət Hacıyev
18-02-2021, 20:52
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
29-07-2020, 23:06
“Azercell”dən növbəti keyfiyyət göstəricisi
















