Novxanıda istirahət mərkəzinin işçisi qadının maşınını qaçırdı

Bakıda istirahət mərkəzindən qadına məxsus avtomobil qaçırılıb. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verilir ki, hadisə avqustun 19-u saat 14 radələrində baş verib

Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar davam etdirilir.


Tarix: 21-08-2024, 13:04 Oxunub: 272


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031