Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Tarix: 9-05-2024, 12:43 Oxunub: 3 311


Bölməyə aid digər xəbərlər
16-12-2020, 21:55 QƏHRƏMANLAR UNUDULMUR.....
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031