Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

Ağstafa rayonunda yol qəzası baş verib. Hadisə Poylu kəndində qeydə alınıb. 
Belə ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
 "VAZ" markalı minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.
 "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 5-02-2023, 16:12 Oxunub: 2 215


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031