Hesablama Palatası DSMF-də yoxlama aparır

"Hazırda biz DSMF-də auditə başlamışıq" - bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov oxu.az-a müsahibəsində deyib.
 
O bildirib ki, mövzu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitlərinin idarə edilməsinin auditidir: "Auditin iyun ayına kimi davam etməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası üzrə Sosial Xidmətlər Agentliyinin də auditinə başlanılıb. Ölkə üzrə bu agentliyin auditinə gəldikdə isə, bu istiqamətdə auditorlarımız tərəfindən risk və resurs qiymətləndirilməsi aparıldıqdan sonra fikir irəli sürə bilərik".


Tarix: 6-05-2024, 21:18 Oxunub: 626


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031