Palatanın sədri vəzifəsinə yenidən namizədliyi irəli sürülüb

Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.
Bu, Milli Məclisin dekabrın 11-I keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında” layihədə əksini tapıb.
Layihəyə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikasının Hesablama Palatasının sədri təyin olunması barədə Milli Məclis sədrinin təqdimatı məqsədəuyğun hesab edilir. 
Qeyd edək ki, Vüqar Gülməmmədovun Hesablama Palatasına sədrlik müddəti noyabrın 24-də başa çatıb.


Tarix: 7-12-2020, 18:08 Oxunub: 376


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031