Azərbaycan son döyüşlərdə ərazi itkisi verməyib - RƏSMİ

“Azərbaycan Ermənistanın törətdiyi təxribatlarda heç bir ərazi itkisi verməyib”.
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistanın Tovuzda törətdiyi təxribatlara həsr olunan mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib. 
Nazirlik rəsmisi sosial şəbəkələrdə bununla bağlı yayılan dezinformasiyalara da cavab verib:
“Azərbaycanın ərazi itkisi olmayıb. Sosial şəbəkələrdə, müxtəlif mənbələrdə Azərbaycanın ərazi itkisi ilə üzləşməsi barədə bütün iddiaları rədd edirik”.
V.Dərgahlı qeyd edib ki, Ermənistan müxtəlif informasiya təxribatları həyata keçirir və bunların hamısı yalandır. 


Tarix: 21-07-2020, 15:33 Oxunub: 397


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031