Müdafiə Nazirliyi Azərbaycan ictimaiyyətinə müraciət etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistanın informasiya təxribatlarına cavab verib. 
Oxu.Az-ın məlumatına görə, V.Dərgahlı mətbuat konfransında deyib ki, Ermənistan tərəfi Azərbaycan tankının vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayıb. 
V.Dərgahlı Azərbaycan ictimaiyyətini düşmənin dezinformasiyalarına inanmamağa çağırıb.
O, 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt qutusuna on minlərlə müraciətin daxil olduğunu da bildirib. 
V.Dərgahlının sözlərinə görə, bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub.


Tarix: 21-07-2020, 15:34 Oxunub: 339


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031