Goranboyda yük maşını arakəsməyə çırpılaraq yandı - FOTO/VİDEO

Goranboyda yük maşını idarəetmədən çıxaraq, arakəsmə dəmirlərə çırpılıb.
Baku TV xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Zərbənin gücündən avtomobil yararsız hala düşüb. Yol təsərrüfatına xeyli ziyan dəyib.
Qəza nəticəsində yük maşınının qoşqusunda yanğın baş verib. Əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub, alov qısa zamanda ram edilib.
Hadisə zamanı xəsarət alan olmasa da, magistral yolda avtomobillərin gediş-gəlişində məhdudiyyətlər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
[video=]


Tarix: 21-07-2020, 09:16 Oxunub: 2 081


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031