Mingəçevir yaxınlığında dağda köməksiz qalmış üç nəfər xilas edildi - FOTO/VİDEO

Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaş köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas edilib.
Məlum olub ki, onlar oraya gəzmək üçün gediblər və dərinliyi təxminən 50 metr olan dərədə köməksiz vəziyyətdə qalıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov  bildirib ki, Mingəçevir şəhərində dağda köməksiz qalan yeniyetmələrin valideynləri polis şöbəsinə dəvət ediliblər:
“Onlarla profilaktik söhbət aparılıb və yeniyetmələr ailələrinə təhvil veriliblər. Onların arasında xəsarət alan olmayıb”.



Tarix: 9-02-2023, 10:25 Oxunub: 402


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930