AzTV-nin binasında bədbəxt hadisə nəticəsində adam öldü - FOTO -- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki binada dağıntı olması, bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı bir otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə  Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü   Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb.
Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Allah rəhmət eləsin!



Tarix: 26-12-2020, 08:57 Oxunub: 593


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031