Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında dəfn olundu

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 
Dəfndən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Dəfn mərasimi ilə əlaqədar İkinci Şəhidlər xiyabanında izdiham yaşanır.  
Allah şəhidimizə rəhmət eləsin❗


Tarix: 30-01-2023, 13:32 Oxunub: 952


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031