İki gün öncə şəhid olan Orxan Vətən müharibəsindən belə qayıtmışdı...

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də gizir Cabbarov Orxan Hatəm oğludur. 
Ermənistanın noyabrın 16-da törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov Quba şəhidlər xiyabanında dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, şəhidin cənazəsi öncə Davudoba kəndindəki doğulduğu evə gətirilib və Orxan Cabbarovla vida mərasimi keçirilib.
Şəhid gizir Orxan Cabbarov Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Mərasimdə əvvəlcə hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, havaya yaylım atəş açılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.
Xatırladaq ki, Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində döyüşən Orxan Cabbarov göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.
O, bir il öncə Vətən müharibəsindən qayıdan zaman yaxınları tərəfindən coşqu ilə qarşılanmışdı.



Tarix: 18-11-2021, 08:40 Oxunub: 287


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930