Himnimizi oxuyub, ən yaxşı adlandırdı

“Formula 1” üzrə “Ferrari” komandasının üzvü Karlos Sayns Azərbaycan himnini oxuyub. İtaliya komandasının pilotları Şarl Lekler və Karlos Sayns “Formula Santander” proqramında sentyabrda keçiriləcək yarışları sadalayıb. 

Belə ki, növbə Azərbaycana gələndə, Karlos ölkəmizin himninindən bir parça səsləndirib və ən yaxşı himn (“best anthem”) olduğunu deyib. Bu barədə görüntülər isə proqramın sosial şəbəkə hesabında yayımlanıb.

Qeyd edək ki,“Ferrari” komandasının ispaniyalı pilotu Sayns Avstraliyada “Formula-1” çempionatının üçüncü mərhələsinin qalibi olub

Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.


Tarix: 2-09-2024, 13:15 Oxunub: 364


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031