"Formula 2" üzrə dünya çempionu bəlli oldu


“Formula 2” üzrə dünya çempionatının qalibi bəlli olub.
Atia.az-ın məlumatına görə, “Prema Racing” komandasının pilotu Oskar Piastri çempion olub.

Avstraliyalı sürücü Əbu-Dabi Qran-prisinin ilk yarışını üçüncü sırada bitirib və 2021 mövsümü üçün fərdi yarışda vaxtından əvvəl birinci yeri təmin edib.
Piastri xallarının sayını 227,5-ə çatdırıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Onun komanda yoldaşı Robert Şvartsman 170 xalla ikincidir. Rusiyalı idmançı digər iki yarışda Piastriyə çatmaq şansını itirib.
Qeyd edək ki, Oskar Piastri iyunun 6-da Azərbaycan Qran-prisində ikinci olub.


Tarix: 11-12-2021, 15:12 Oxunub: 564


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031