“Anam doğulmağımı istəmirdi” - Yıldız Tilbe

Türkiyəli məşhur müğənni Yıldız Tilbe yenə açıqlamaları ilə gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, sənətçi konserti zamanı tamaşaçılara səmimi etiraflar edərək, anasının onu istəmədiyini açıqlayıb.

“Rəhmətlik anam altı qız dünyaya gətirmişdi. 7-ci qız olacağımı düşündüyü üçün məni istəməyib. Dünyaya gəlməyim deyə özünü zəhərləyib, hündürlükdən tullanıb, amma mənə heç nə olmayıb” -, Tilbe deyib.

O, atasının onlara olan sevgisindən bəhs edərək sözlərinə belə davam edib: “Atam “Hər qızım 10 oğlana bərabərdir. Sizin bir dırnağınızı 10 oğlana dəyişmərəm” deyirdi. Kaş bütün atalar qızlarını belə sevəydi”.


Tarix: 18-07-2024, 12:43 Oxunub: 391


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031