20:02 / 08-10-2026
"UĞURLAR SƏNƏ, XƏYAL" - Elfaq Əliyevin təqdimatında
18:27 / 08-10-2026
Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
"Anamın paltar dolabında asılı qalan, heç vaxt geymədiyi qırmızı don..." - Həqiqət Şükürova
"Ana sevgisi sevgilərin ən gözəlidir. Ana - bağlılığın, fədakarlığın, əliaçıqlığın və sevməyin simvoludur. Ana ilahi rəhmətə bənzəyir. Heç zaman etdiklərinə qarşılıq gözləmir"

Həqiqət Şükürova
Bölməyə aid digər xəbərlər
"Ana sevgisi sevgilərin ən gözəlidir. Ana - bağlılığın, fədakarlığın, əliaçıqlığın və sevməyin simvoludur. Ana ilahi rəhmətə bənzəyir. Heç zaman etdiklərinə qarşılıq gözləmir" Qırmızı donu paltar dolabında asılı idi anam ölərkən. O bütün həyatı boyu geyindiyi köhnə paltarlarının arasında çox gözəl görünürdü. Məni çağırmışdılar anamı gördüyüm anda, çox ömrünün qalmadığını anlamışdım. Qırmızı donu görüncə: - "Anacan, nə gözəl dondu bu belə, amma heç əynində görməmişəm" dedim. "Heç geyinməmişəm ki", - onu dedi yavaşca...
"Otur yanıma qızım, əgər bacara biləcəmsə sənə bir dərs vermək istəyirəm, ölmədən öncə..." - dedi. Yatağın yanına əyləşdim. Anam dərin bir xəyala daldı, heç təxmin belə etməyəcəyim dərin bir xəyala. Sonra birdən mənə baxıb danışmağa başladı...
- "Çox vaxtım qalmadı, amma artıq bəzi şeyləri görə bilirəm. Sizə doğru şeyləri öyrətdiyimi düşünərkən, çox yanlış şeyləri öyrətdiyimi indi anlayıram."
- O nə sözdü axı, anacan, deyirsən?
- Sus qızım, məni dinlə. Hər zaman yaxşı bir qadının ilk öncə özünü düşünməməsinin lazım olduğunu öyrəndim. Həmişə başqalarını düşünməliydim özümdən öncə. Onun-bunun, hər zaman başqalarının istədiklərini etməliydim, hər şeydən öncə. Mənim istədiklərim isə başqalarının istəklərinin altında əzilib qaldı həmişə. Bəlkə günün birində mənim istəklərim də gerçək olacaqdı, amma ömrüm artıq bitir və o gün heç gəlmədi. Bütün həyatım belə keçdi fədakarlıqla. Atan üçün, qardaşların, bacıların və sənin üçün etdiyim fədakarlıqla.
- Hə ana, bir ananın edə biləcəyi hər şeyi etdin bizim üçün.
- Ahh!!! Qızım, ya sənin, ya da onlar üçün etdiklərimin heç bir faydası olmadı. Məni anlamırsanmı? Sizə səhvlərimin ən böyüyünü etdim. Özüm üçün heç bir zaman. heç bir şey istəmədim.
Atan indi yan otaqda hirslənmiş halda divarlara baxır. Həkim ona oləcəyimi söylədikdən sonra yanına gəldi və məni ölmədən öncə öldürdü.
- Ölə bilməzsən sən.... Eşidirsənmi məni...??? vSən ölüncə mən necə olacam??
- Hə, çox çətin olacaq bilirəm. Mətbəxdə tavanın harada olduğunu belə bilməz.
Və sizlər, uşaqlarım, həmişə sizin üçün nəsə bir şeylər etdim. Həftənin yeddi günü evdə həmişə ən gec yatan ən tez qalxan mən oldum. Yanıq çörəkləri və ən az yeməyi həmişə mən yedim. Bir qadının fədakarlıq etməkdən başqa bir işinin olmadığını hətta fədakar olmazsa, o qadının var olmadığını öyrətdim sizə. Yığdığım hər qəpiyi geyimlərinizə, kitablarınıza xərclədim. Çox zaman gərək olmadan belə. Həyatım boyu bir dəfə alış verişə çıxıb özüm üçün bir şeylər almadım. Sadəcə keçən il gördüyün o qırmızı donu aldım. Yığdığım 20 manatım var idi. "Soyuducunu təmir etdirəcəm o pulla" dediyim zaman böyük bir paketlə qayıtdım evə, atan çox üzdü, qırdı tökdü o gün məni...
"Belə bir donu hara geyinəcəksən?? Operayamı gedəcəksən yoxsa??? "
Düşündüm haqlıdı. Bir dəfə də geyinmədim o donu. Mağazada yoxlamaq üçün geyinməkdən başqa.
Qızım əgər bu dünyada özünü düşünməzsənsə, o biri dünyada xoşbəxt olacağımı sanırdım. Amma artıq inanmıram buna. Məncə Tanrı istədiklərimizi bu dünyada, elə indi gerçəkləşdirməmizi istəyir bizdən.
Qızım, əgər indi bir möcüzə olsa, mən bu yataqdan qalxa bilsəydim, anan tam fərqli qadın olardı.
Amma mən payıma düşən ömrümü bu cür boşa yaşadım. Bəlkə çətin olardı öyrənməm, amma öyrəndim qızım, öyrəndim.
Anamın mənə son sözləri bunlar oldu:
"Qızım, mənim yolumla getmə, söz ver mənə. Anama söz verdim. Anam isə həyatını bitirdi, son nəfəsini verdi.
Buna bənzər çox şey oxumusunuz yəqin ki. Hamısında da həyatımızı sabaha saxlamamagımızı, hər günü həyatımızın son günü kimi yaşasaq, daha gözəl həyat yaşaya biləcəyimizdən söz edər. Mən bunu oxuyarkən, çox sevdiyim bir dostumu xatırladım. 20 illik evlilik həyatını xəyanət səbəbiylə bitirməyə hazır olarkən yanındaydım ağlayırdı.
Bilirsənmi dedi, mən niyə ağlayıram..?
İyirmi ildi hər gün plov bişirdim, evdəkilər sevir deyə. Bir gün sadə, bir gün südlü, bir gün qavlamalı, bir gün kişmişli ...
Amma bir gün belə olsun lobyalı plov bişirmədim, amma lobyalı plov mənim ən sevdiyim plov idi...

Həqiqət Şükürova
Tarix: 28-11-2023, 09:13 Oxunub: 761
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
10-12-2021, 08:50
Başladığı ilk iş günündə müdiri ilə yatdı- Bakıda qəribə OLAY
12-09-2023, 19:19
"53 İLLİK SİRR - NAMƏLUM SİRLİ QADIN" - Aygün Sadiqin araşdırmasında...
5-02-2023, 15:28
Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı....
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-03-2021, 17:06
“HƏQİQƏT İŞIĞINDA” DÜŞÜNCƏLƏR...
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
13-12-2021, 15:24
Sevgilisini xalasıoğlu adı ilə evə gətirdi, gecə hamını yuxuya verib... – Azərbaycanda inanılmaz olay
23-02-2022, 09:00
Eldar Mahmudovun ölüm iynəsi. Vüsal Ələkbərov dedi: “Buraxacağıq, bir neçə aya öləcəksən…”
8-03-2021, 22:50
8 Mart həm də Əli Həsənov üçün xüsusi gündür - Saxta tərcümeyi-hal
31-10-2021, 22:33
Natəvan Dəmirçioğlu: Tale ədəbiyyatımızı böyük əsərdən qısır qoymasın…
21-09-2021, 14:06
"Ərinə göndərəcəyik" - Evli qadını intim videosu ilə şantaj edən gənclər
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
















