Verdiyi proqnoz düz çıxdı, gündəm oldu...

Türkiyəli keçmiş futbolçu Batuhan Karadeniz ötən gün AÇ-2024-ün 1/8 finalında Türkiyənin Avstriyaya qarşı keçirdiyi oyundan öncə dəqiq proqnoz verib. O, komandasının qol vuracaq futbolçusunun adını öncədən düz təxmin edib. 

Belə ki, B.Karadeniz Merih Demiralın başla fərqlənəcəyini bildirib. 

Türkiyə yığması matçda 2:1 hesablı qələbə qazanıb. Hər iki qolun müəllifi Merih Demiral olub. O, ilk qolu birinci dəqiqədə ayaqla, ikinci qolu isə 59-cu dəqiqədə başla rəqib qapısından keçirib. 

Nəticədə Türkiyə yığması Avropa çempionatının 1/4 final mərhələsinə adlayıb. 


Tarix: 3-07-2024, 12:21 Oxunub: 498


Bölməyə aid digər xəbərlər
20-07-2020, 16:35 Messidən daha bir rekord
17-06-2024, 22:07 Millimiz dünya çempionu oldu
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031