Millimiz dünya çempionu oldu

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.
 
Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu millinin kapitanı Elçin Camallı vurub. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb. Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.
 
Qeyd edək ki, dünya çempionatına iyunun 10 da start verilib. Yarışda 10 komanda iki qrupa bölünməklə iştirak edib.


Tarix: 17-06-2024, 22:07 Oxunub: 482


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
14-03-2022, 07:58 Millimiz Avropa çempionu oldu
11-05-2022, 15:44 Millimiz qələbə qazandı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031