Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var

    Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.
Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Tarix: 30-01-2023, 07:55 Oxunub: 359


Bölməyə aid digər xəbərlər
4-06-2022, 12:15 Polis qəzada HƏLAK OLDU...
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031