Kişini ağaca bağlayıb yandırdılar – Xaçmazda

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.
ATİA.AZ  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.
Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gedən 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Abdullayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.


Tarix: 16-06-2022, 20:47 Oxunub: 367


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031