Abşeronda yol qəzasında gəncin ayağı amputasiya olundu

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ATİA.AZ-ın məlumatına görə, hadisə Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 2-06-2021, 23:47 Oxunub: 367


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031