Zenfira Nusalovaya Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı verildi

     Elm və təhsilə ömrünü həsr etmiş tanınmış müəllim, pedaqoq və istedadlı yazar Zenfira Nusalovanın kitablarının təqdimat mərasimi həm elmi ictimaiyyət, həm də mədəniyyət cameəsi üçün unudulmaz hadisəyə çevrildi. Tədbirdə ona elmi-pedaqoji xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı təqdim olundu.

      Bu nüfuzlu ada indiyə qədər bir çox görkəmli elm adamları layiq görülüb. Zenfira xanımın bu seçilmiş alimlər sırasında yer alması Azərbaycan elminin və ziyalı mühitinin qürurudur.  Bu, təkcə fərdi uğur deyil, həm də ölkəmizdə elmə, təhsilə və ziyalılığa verilən dəyərin bariz göstəricisidir.


    Tədbirdə çıxış edən elm və mədəniyyət xadimləri Zenfira Nusalovanın yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Onun gənc nəslin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlər, elmi tədqiqatları və pedaqoji sahədəki fədakarlığı xüsusi vurğulanıb.








Xəyalə Əfəndiyeva

Filologiya üzrə fəlsəfə doktoru


Tarix: 16-08-2025, 12:40 Oxunub: 695


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031